Natalya Məmmədova “Dördlər finalı”nda oynaya bilər
23.01.2014 - 18:01
Natalya Məmmədova “Dördlər finalı”nda oynaya bilər

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, I pley-off mərhələsinin sonuncu oyun günündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Rusiyada İtaliyanın “Konegliano” klubunu qəbul edib.

 

Oyun Omsk təmsilçisinin tam üstünlüyü şəraitində keçib. Belə ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan Məmmədovanın komandası öncə rəqibinə eyni hesabla qalib gəlib - 3:0 (25:20, 25:19, 29:27). Ardınca onlar “Azəryol”u pley-offdan məhrum edən “Konegliano”nu “Qızıl set”də də məğlub ediblər  - 10:15.

 

Beləliklə, “Omiçka” növbəti mərhələyə yüksəlməklə, Bakıda keçiriləcək “Dördlər finalı”na 1 addım da yaxınlaşıb.

 

Qeyd edək ki, Məmmədova oyunda komandasına 17 xal qazandırıb.