Natalya Məmmədova “Qloriya kuboku”nu qazana bilmədi
06.01.2015 - 00:01
Türkiyədə keçirilən “Qloriya kuboku”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, yerli “Vakıfbank” klubu sonuncu oyununu millimizin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu İsveçrə “Volero”suna qarşı keçirib.
Görüşdə ilk 2 turu qələbə ilə başa vuran Türkiyə təmsilçisi rəqibini 3:0 (25:22; 25:21; 25:18) hesabı ilə məğlub edərək, turnirin qalibi olub.
Qeyd edək ki, “Qloriya kuboku”nda Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Azəryol” da mübarizə aparıb. Aleksandr Çervyakovun komandası “Maribor”u 3:0 hesabı ilə darmadağın edərək, turniri 3-cü yerdə bitirib.
0
0