Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova mövsümün sonunda Rusiyanın “Omiçka” klubunun tərk edə bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, Omsk təmsilçisi hazırda zədəli olan 30 yaşlı milliləşdirilmiş oyunçumuzla müqaviləni yeniləmək fikrində deyil.
Məmmədovaya artıq yeni elçilərin düşdüyü də bildirilir. Ona Rusiya, Türkiyə və İsveçrə klubları ciddi maraq göstərirlər. Məmmədovanın yenidən Azərbaycana qayıdışı da istisna deyil. Belə ki, hücumçu 2003-2005 və 2006-2007-ci illərdə şərəfini qoruyaraq, ulduza çevrildiyi “Azəryol”un (sabiq “Azərreyl”) diqqət mərkəzindədir. Lakin Natalya hələ qərar verməyə tələsmir və seçimindən sonra yekun fikrini açıqlayacaq.
Qeyd edək ki, Məmmədova “Omiçka”ya 2012-ci ildə “Rabitə”dən transfer olunmuşdu.