Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova zədələnib. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan hücumçumuz bu səbəbdən Rusiya Superliqasının XVII turunda Kazan “Dinamo”su ilə görüşə aparılmayıb.
Oyun isə Bakıda Çempionlar Liqasını qazanan klubun asan qələbəsi ilə yükunlaşıb – 3:0 (25:23, 25:23, 25:19).
Qarşılaşmadan sonra açıqlama verən “Omiçka”nın kapitanı Yelena Yuriyeva bildirib ki, Məmmədova ilə yanaşı, Nensi Karrilyonun da heyətdə yer almaması hesabda öz sözünü deyib: “2 əsas oyunçumuz Məmmədova ilə Karrilyonun köməyindən istifadə edə bilmədik. Məmmədovanı evdə qoyduq ki, istirahət edib, bərpa olunsun”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra lider “Dinamo” ilə ikinci pillədə qərarlaşan “Omiçka”nın xal fərqi 10-a çatıb. Onların aktivində müvafiq olaraq, 44 və 34 xalları var.