Neslihan: Azərbaycana təşəkkür edirəm
17.03.2014 - 13:12
Neslihan: Azərbaycana təşəkkür edirəm

“Yarımfinalda “Vakıfbank”a uduzduğumuzdan motivasiyamız çox aşağı düşmüşdü. Çox istəkli oynasaq da, alınmadı”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Əczaçıbaşı” klubunun ulduz voleybolçusu Neslihan Demir deyib.

 

Təcrübəli voleybolçu Bakıda keçirilən Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Demir üçüncü yer uğrunda matçda “Rabitə”nin daha güclü oynadığını deyib: “Rabitə” ilə oyuna yaxşı başladıq. Amma sonradan matça köklənməmiz yenə aşağı düşdü. Üçüncü hissəni də yaxşı keçirdik. Lakin bu qələbə üçün yetmədi. Yenə də “Dördlər finalı”na yüksəlmək, burada oynamaq bizim üçün çox önəmli idi. Təşkilatçılıq üçün Azərbaycana təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha yüksək yerlərdə olacağıq”.

 

Qeyd edək ki, “Əczaçıbaşı” “Rabitə”yə 0:3 hesabı ilə uduzub.