Norveç klubunun Bakıya gələcəyi tarix dəqiqləşdi
24.12.2014 - 11:20
Norveç klubunun Bakıya gələcəyi tarix dəqiqləşdi

 “Azərreyl” voleybol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Norveçin “Stod Volley” klubu ilə ilk görüşünə yanvarın 14-də çıxacaqlar.

 

Səfərdə olacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Paytaxtımızda keçiriləcək cavab oyunu isə yanvarın 22-nə təsadüf edəcək. Voleybol Mərkəzində oynanılacaq görüşün start fiti saat 18:00-da veriləcək.