Növbəti məğlubiyyət
15.12.2014 - 09:42
Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” IX tur çərçivəsində “Montiçiari”nin qonağı olub.
Təmsilçimizin komandası bu dueldən də məğlub ayrılıb. Ev sahibləri “Forli”yə 1 set belə güzəştə getməyib – 3:0 (25:17; 25:18; 25:21). Nazarenko qarşılaşmada cəmi 1 xal toplayıb.
Bu məğlubiyyətdən sonra aktivində 4 xalı olan “Forli” yenə 11-cidi.
0
0