“Komanda kimi öz gücümüzə inanırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Oksana Kurt (Parxomenko) deyib.
Bakı təmsilçisinin kapitanı Çempionlar Liqasının I pley-off mərhələsinin “Yamamay”la (İtaliya) ilk oyun öncəsi fikirlərini açıqlayıb. Təcrübəli toppaylayıcı bildirib ki, 2 oyunun nəticəsinə əsasən “Azəryol”un mərhələ adlayacağına inamı böyükdü: “Yamamay” geniş heyətə malikdi. Rəqibimiz gözoxşayan nəticələrə də imza atıb. Onlar uğurlu çıxışla bir neçə ildi ki, azarkeşlərini sevindirir. Buna baxmayaraq, biz onlarla dueldən qalib kimi ayrılıb, mərhələ keçmək istəyirik. Əminəm ki, bu da baş verəcək”.
Qeyd edək ki, “Azəryol” – “Yamamay” oyunu fevralın 11-də Bakı Voleybol Mərkəzində keçiriləcək. Qarşılaşma saat 18:00-da start götürəcək.