“Fransa təmsilçisi ilk oyunda bizi çox təəccübləndirmişdi. Çünki biz oyunun belə çətin keçəcəyini gözləmirdik. Düzünü desək, həmin oyunda bizim bəxtimiz də gətirdi. Məhz bunun sayəsində də həmin qarşılaşmada qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un kapitanı Oksana Kurt (Parxomenko) deyib.
Komandasının təcrübəli kapitanı Çempionlar Liqasında Fransa “Nant”ı ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, qrupda ikinci yeri təmin edərək, pley-offa vəsiqə qazanmalarına baxmayaraq, sonadək döyüşəcəklər: “3:2 hesabı ilə qalib gəldiyimiz ilk görüşə əsasən demək olar ki, Fransada bizi çox çətin oyun gözləyir. Doğma azarkeşləri önündə oynamaları isə onların əlavə üstünlüyüdü”.
Qeyd edək ki, “Nant” – “Azəryol” matçı bu gün saat 23:00-da başlayacaq.