Oksana Kurt: Pley-offdakı yerimizi təmin etmək istəyirik
21.01.2015 - 12:19
Oksana Kurt: Pley-offdakı yerimizi təmin etmək istəyirik

“Fənərbaxça”da oynadığım vaxtları çox yaxşı xatırlayıram. “Sarı-lacivərdlilər” həmişə dünya səviyyəli ulduzlara malik əla komanda olublar. Bilirik ki, indi də çox güclüdülər”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Oksana Kurt (Parxomenko) deyib.

 

Təcrübəli kapitan bu gün Çempionlar Liqasının V turu çərçivəsində qarşılaşağı “Fənərbaxça” ilə oyun öncəsi fikrini açıqlayıb. O bildirib ki, İstanbul təmsilçisi güclü heyətə malik olsa da, əsas məqsədləri vaxtından əvvəl mərhələ adlamaqdı: “Biz onlarla oyunda yaxşı nəticə göstərib, pley-offdakı yerimizi təmin etmək istəyirik. Rəqibin güclü olmasına baxmayaraq, məqsədimiz qələbə qazanıb, azarkeşlərimizi sevindirməkdi”.

 

Qeyd edək ki, Kurt 2008/2009 mövsümündə “Fənərbaxça”nın şərəfini qoruyub.