Oksana Parxomenko: Kifayət qədər istirahət edə bilmədik
24.09.2014 - 16:25
Oksana Parxomenko: Kifayət qədər istirahət edə bilmədik

“Yaponiyadan sonrakı yorğunluğumuz bu matçda öz təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko deyib.

 

Komandamızın kapitanı dünya çempionatının II turunda Çinə 0:3 hesablı məğlubiyyətə münasibət bildirib: “İlk turda saat 20:00-da meydana çıxmışdıq. Çinə qarşı matçımız isə demək olar ki, çox erkən oldu. Görüşə kimi kifayət qədər istirahət edə bilmədik. Düşünürəm ki, Çin yaxşı komandadı və Yaponiyadan daha güclüdü”