Polina Rəhimova hamıdan öndə
09.04.2014 - 17:38
Polina Rəhimova hamıdan öndə

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin “İqtisadçı” ilə “Azəryol” arasında ikinci görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələrinin 3:1 hesabı ilə qalib gəldiyi matçın bombardiri Polina Rəhimova olub.

Millimizin hücumçusu “Azəryol”a 21 xal qazandırıb. “İqtisadçı”nın heyətində isə Onuma Sittirak daha məhsuldar olub. Tailandlı legionerin 17 zərbəsi dəqiq alınıb.

Qeyd edək ki, ilk oyunda da 3:1 hesabı ilə qalib gələn “Azəryol” ilk finalçı olub. Onların rəqibi “Azərreyl” – “Rabitə” görüşündən sonra bilinəcək.