Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında növbəti turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın XVII oyun günündə Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” bu gün KGC klubunun qonağı olub.
XV turda rəqibini 3:0 hesabı ilə məğlub edən təmsilçimizin komandası yenə də xal itirməyib – 3:1 (25:17; 25:17; 14:25; 25:22).
Yığmamızın lideri matçda 36 xal yığıb. O, bunlardan 33-nü hücumda, 1-ni blokda, 2-ni isə eysdə qazanıb.
Bu qələbə sayəsində aktivindəki xalını 33-ə çatdıran “Hyundai” turnir cədvəlindəki liderliyini davam etdirir.
Qeyd edək ki, Polinanın komandası növbəti görüşünə yanvarın 10-da çıxacaq. Həmin oyunda “Hyundai” EX klubunu qəbul edəcək.