Rəqibimiz uduzub, pley-offa çıxdı
21.01.2015 - 09:45
Rəqibimiz uduzub, pley-offa çıxdı

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turuna start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Azərbaycan çempionu “Rabitə”nin rəqibləri – “Ximik”lə (Polşa) “Agel” (Çexiya) münasibətinə aydınlıq gətirib.

 

Şetsində baş tutan qarşılaşma sensasiya ilə başa çatıb. Belə ki, A qrupunun lideri “Ximik” evdə gözlənilmədən autsayderə uduzub – 2:3 (25:11; 20:25; 25:17; 22:25; 12:15).

 

Lakin məğlubiyyətə baxmayaraq, polşalılar növbəti mərhələyə vəsiqə verən 2 yerdən birini təmin ediblər. Son turda “Rabitə” ilə oynayacaq komandanın məhz bu görüşdə pley-offa neçənci pillədə yollanacağı bilinəcək.

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Ximik

5

3

2

2

1

0

2

0

0

13-7

442-405

11

2.

Dinamo Kazan

4

 2

2

1

0

1

1

1

0

9-8

371-361

6

3.

Rabitə

4

2

2

0

3

1

1

0

1

8-9

377-361

6

4.

Agel

5

2

3

0

0

2

0

1

2

7-13

397-460

4