Rəqibimizdən çətin qələbə
16.12.2014 - 09:37
Qadın voleybolçular arasında Rusiya Superliqasında VII turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Kazan “Dinamo”su “Omiçka” ilə qarşılaşıb.
Görüş Rusiya çempionlarının çətin qələbəsi ilə başa çatıb - 3:2 (28:26, 18:25, 29:27, 15:25, 15:13).
Bu qələbə sayəsində “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi olan “Dinamo” ikinci pillədəki yerini qoruyub. 18 xala malik kazanlılar lider Krasnodar “Dinamo”sundan 1 xal geri qalırlar.
0
0