Rəqibimizdən sensasiya
31.01.2014 - 12:40
Rəqibimizdən sensasiya

Qadın voleybolçular arasında Polşa çempionatının XII turunua start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Azəryol”un CEV kubokundakı rəqibi “Bank Fakro” “Atom”un qonağı olub.

 

Görüş sensasiya ilə yekunlaşıb. Belə ki, liderlər qrupunda yer alan ev sahibləri gözlənilmədən Muşina təmsilçisinə 1:3 (23:25, 25:22, 12:25, 18:25) hesabı ilə uduzublar. Nəticədə “Lokomotiv”i də mübarizədən kənarlaşdıran “Bank Fakro” 21 xalla 7-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Azəryol”un “Bank Fakro” ilə ilk görüşü fevralın 5-də səfərdə olacaq.