“Hesab edirəm ki, “Rabitə” ilə oyun bizim üçün möhtəşəm alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo” (Kazan) klubunun baş məşqçisi Rişat Gilyazutdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Rabitə” ilə oyunu haqda fikirlərini açıqlayıb. Gilyazutdinov Azərbaycan çempionu üzərində 3:0 hesablı qələbədən məmnun qalıb: “Bizim üçün çox vacib oyun idi. Belə bir görüşü bir nəfəsə keçirdik. Bütövlüklə qarşılaşmaya köklənmişik. Taktikaya, oyunun hər elementinə konsentrasiya olduq. Bunların hamısını da yüksək səviyyədə etdik”.