Rusiya klubu millimizdən güclüdür
03.04.2014 - 08:53
Rusiya klubu millimizdən güclüdür

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Stavropolda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Konstantin Rubinskinin yetirmələri hazırlıq çərçivəsində yerli “Stavropol” klubu ilə yoxlama matçı da keçiriblər.

 

Baş tutan 3 qarşılaşmadan yalnız birincisində yığmamız qələbə qazanıb – 30:26. Digər 2 görüşdə isə Rusiya klubu üstün olub. Onlar 35:29 və 32:30 hesabı ilə qalib gəliblər.