Rusiya millisi DÇ-dən imtina etdi
31.01.2014 - 14:01
Rusiya millisi DÇ-dən imtina etdi

Kişi basketbolçulardan ibarət Rusiya millisi dünya çempionatına qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, İspaniyadakı mundialda iştirak üçün veriləcək “wild card”a iddia edən şimallılar bu istəkdən vaz keçib. Buna Rusiya Basketbol Federasiyasına prezident seçkilərinin tanınmaması ilə nəticələnən qalmaqal səbəb olub.

Rusiya DÇ-yə vəsiqə qazanmayan və İspaniyaya “wild card”la yollanmaq üçün müraciət edib, sonradan imtina qərarı verən ilk ölkə deyil. Belə ki, bunadək Çin, Almaniya, Qətər və İtaliya da belə adım atmışdı.

İndi bu vəsiqəyə Bosniya və Herseqovina, Braziliya, Kanada, Yunanıstan, Finlandiya, İsrail, Polşa, Nigeriya, Türkiyə və Venesuela iddia edir. Mundiala gedəcək komandanın adı fevralın 1-də açıqlanacaq. Final mərhələsinin püşkatması isə bundan 2 gün sonra baş tutacaq.