“Komandamı və azarkeşlərimizi təbrik edirəm. Bu gün ağır oyunda qalib gəldiyimiz üçün sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” klubunun voleybolçusu Sanya Staroviç deyib.
Bakı təmsilçisinin kapitanı Çempionlar Liqasının üçüncü yeri tutmalarına münasibət bildirib. Staroviçin sözlərinə görə, bu gün “Əczaçıbaşı”na qarşı bütün mövqelərdə istədikləri oyunu göstərə biliblər: “Biz yarımfinalda Kazan “Dinamo”suna qarşı da belə oynamalı idik. Amma oyunumuz alınmamışdı. Bu gün gücümüzü göstərdik. Hər top uğrunda sonadək döyüşdük”.
Qeyd edək ki, “Rabitə” üçüncü yer uğrunda görüşdə “Əczaçıbaşı”na 3:0 hesabı ilə qalib gəlib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq