Serbiyalı baş məşqçi yığmamızın hücumçusuna dəstək verdi
30.01.2014 - 13:30
Serbiyalı baş məşqçi yığmamızın hücumçusuna dəstək verdi

“Omiçka”nın baş məşqçisi Zoran Terziç Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanı Çempionlar Liqasının 1/3 final oyununa qorumağa qərar verib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis hücumçumuzu bu səbəbdən də Rusiya kubokunda az oynadıb.

 

Belə ki, yarışla vidalaşmalarına baxmayaraq, Məmmədova meydana əvəzetmələrlə çıxıb. Terziçin Krasnodar “Dinamo”suna 1:3 hesablı məğlubiyyətdən sonra əsas məqsədi voleybolçumuzun gücünü bərpa etməsinə yönəlib: “Məmmədovaya hərdən istirahət lazımdır. Ona bütün oyunları eyni dərəcədə yüksək səviyyədə keçirmək ağırdır. Axı, o tək klubda deyil, öz ölkəsinin millisində çıxış edir. “Dinamo” ilə görüşdə də Natalya meydanda az oldu. Çünki mən ona istirahət etməyə vaxt verdim”.

 

Qeyd edək ki, “Omiçka” Bakıda keçiriləcək “Dördlər finalı”na vəsiqə uğrunda Türkiyənin “Əczaçıbaşı” klubu ilə oynayacaq.