Son matç: Əhəmiyyətsiz derbi
03.04.2014 - 13:11
Son matç: Əhəmiyyətsiz derbi

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının əsas mərhələsi başa çatacaq. Apasport.az saytının məlumatına görə, III dövrəyə əzəli rəqiblərin dueli ilə yekun vurulacaq.

 

Belə ki, ilk 2 qarşılaşmada rəqibinə xal verməyən “Rabitə” üçüncü dəfə “Azəryol”u sınağa çəkəcək. Görüşdə qazanılacaq qələbə heç bir komanda üçün əhəmiyyət kəsb etməsə belə oyunun gərgin keçəcəyi gözləniləndir. Çünki bu derbi həmişə Super Liqanın bəzəyi hesab olunub. Həmçinin, Ancelo Vercesinin yetirmələri avrokubokdakı uğursuzluğu məhz ölkə çempionatında unutdurmaq arzusundadır. Onlar aktivində olan 2 məğlubiyyəti də “Rabitə”dən alıblar.

 

Amma keçirdiyi 14 görüşdə cəmi 1 dəfə uduzan “Rabitə”nin məğlub olacağı da inandırıcı deyil. Eldar Yusubovun yetirmələri hesabat turunda “Azərreyl”lə qarşılaşmadakı kimi oynayarlarsa, “Azəryol”un işi heç də asan olmayacaq.

 

XII tur

4 aprel

15:00. “Rabitə” – “Azəryol”

İlk oyun: “Rabitə” – “Azəryol” - 3:1 (29:27, 24:26, 25:18, 25:21)

İkinci oyun: “Azəryol” - “Rabitə” - 0:3  (20:25; 22:25; 22:25)

 

 1

Rabitə

14

13

1

40-8

1174-934

38

2

Azəryol

14

12

2

37-22

1336-1253

31

3

İqtisadçı

15

9

6

34-26

1347-1270

28

4

Azərreyl

15

5

10

24-35

1244-1336

18

5

Lokomotiv

15

3

12

23-36

1160-1354

14

6

Telekom

15

1

14

13-44

1255-1351

3