Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti təqvim dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə IX və X turun oyunlarının vaxtı başqa günə keçirilib.
Belə ki, Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının “Dördlər finalı”na hazırlığı məqsədilə martın 5-də “Azərreyl”lə oynayacağı matç 1 gün sonraya təyin edilib. Qarşılaşmanın başlama saatı və keçirilmə yeri də dəyişdirilib. Eldar Yusubovun komandası “dəmiryolçular”ı Voleybol Mərkəzində deyil, həlledici mərhələnin baş tutacağı “Kristal Hall”da qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.
II dövrənin son oyununa təsadüf edəcək IX turun “Lokomotiv” – “Rabitə” dueli də 1 gün tez olacaq. Həmin qarşılaşma da “Kristal Hall”da təşkil ediləcək və 19:00-da start götürəcək.
Həmçinin, IX turun “İqtisadçı” – “Azəryol” görüşü də nəzərdə tutulan saatda başlamayacaq. Onlar “Rabitə” – “Azərreyl” oyunu başqa günə keçirildiyindən, saat 19:00-da deyil, 2 saat tez meydana çıxacaqlar.
28 fevral
X tur
15:00. “Telekom” – “İqtisadçı”
5 mart
IX tur
17:00. “İqtisadçı” – “Azəryol”
6 mart
X tur
19:00. “Rabitə” – “Azərreyl”
7 mart
IX tur
19:00. “Lokomotiv” – “Rabitə”
[b]Super Liqanın təqvimini yenə dəyişdilər[/b]
27.02.2014 - 14:10
0
0