“Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçiriləcək turun görüşləri iki gün davam edəcək.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” arasında qarşılaşma sentyabrın 27-də saat 16:00-da başlayacaq. Bu oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
VII tur
27 sentyabr (şənbə)
16:00. “Neftçi” – “Qarabağ”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. “Bakı” – “Araz Naxçıvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
17:00. AZAL – “İnter”
“AZAL Arena”
28 sentyabr (bazar)
18:00. “Simurq” – “Sumqayıt”
Zaqatala şəhər stadionu
19:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu
Mənbə: pfl.az