Ufuk Budak oynadı, Davud Kərimi ehtiyatda qaldı
27.01.2014 - 09:24
Ufuk Budak oynadı, Davud Kərimi ehtiyatda qaldı

Türkiyə çempionatının I liqasında XXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak “Qaziantep BB” klubunun heyətində növbəti matçına çıxıb.

 

Təmsilçimiz komandasının “Boluspor”la səfər matçında 90 dəqiqə meydanda olub. Bu görüş qolsuz heç-heçə ilə nəticələnib.

 

Qapıçı Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” isə öz meydanında “Samsunspor”la qolsuz heç-heçə edib. Qolkiper bu qarşılaşmada “18-liy”ə daxil edilsə də, ehtiyatda qalıb.

 

Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”un istirahət etdiyi tura bu gün yekun vurulacaq. Saşa Yunisoğlunun formasını geydiyi “Dənizlispor” öz meydanında “Balıkəsirspor”u qəbul edəcək.