[b]Kapitan millimizə məğlub olmalarına görə üzr istədi[/b]
24.09.2014 - 02:09
[b]Kapitan millimizə məğlub olmalarına görə üzr istədi[/b]

“Biz Azərbaycanla oyundakı nəticəyə görə xüsusi ilə üzr istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının kapitanı Saori Kimura deyib.

 

Təcrübəli oyunçu İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının ilk görüşündə komandamıza uduzmalarından danışıb: “Oyunda hələ olduqca çalışdıq, amma sonda mükəmməl iş əldə edə bilmədik və məğlub olduq. Bundan sonrakı matçlara diqqət ayırmalıyıq. Biz komandanın döyüş ruhunu bərpa edəcəyik”.