Yekaterina Qamova Bakıda azarkeş axtarır
13.03.2014 - 17:16
Yekaterina Qamova Bakıda azarkeş axtarır

Kazan “Dinamo”sunun ulduz voleybolçusu Yekaterina Qamova Bakı səfəri öncəsi maraqlı açıqlaması ilə diqqətləri özünə cəlb edib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu paytaxtımızda baş tutacaq Çempionlar Liqasının “Dördlər finalı”na yola düşməzdən əvvəl azarkeşlərə səslənib.

 

O “facebook” səhifəsində fanatların dəstəyinə ehtiyacları olduğunu bildirib: “Çempionlar Liqasının final mərhələsi üçün Bakıya uçuruq. Bizə azarkeşlik edin. İlk matçımızı şənbə günü saat 19:00-da “Rabitə”yə qarşı keçirəcəyik”.  

 

Qeyd edək ki, artıq “Dinamo” klubu Bakıdadır.