Yığmamız rusları məğlub yola salır
03.09.2014 - 17:16
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rusiyanın “Uraloçka” komandası ilə növbəti sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, dünya çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri 5-ci görüşdə 4-cü qələbələrini qazanıblar.
Voleybolçularımız tay-brekdə rəqiblərini üstələyiblər – 3:2.
Bununla da “Uraloçka” ilə nəzərdə tutulan yoxlama matçları başa çatıb. Komandamız əvvəlki matçlarda 3:0, 3:0 və 3:1 hesabı ilə qalib gəldiyi halda, bir dəfə 1:3 hesabı ilə məğlub olub.
0
0