Qadın basketbolçulardan ibarət Azərbaycan millisi növbəti sınağına çıxır. Apasport.az saytının məlumatına görə, yığmamız iyulun 14-də start götürəcək bu idman növündə kiçik ölkələrdən sayılanların Avstriyada keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Komandamız Şotlandiya, Avstriya və Uelslə birlikdə B qrupunda yarışacaq. Millimiz yarışın ilk günü şotlandiyalılarla, ertəsi Avstriya ilə üz-üzə gələcək. A qrupunda isə Malta, İslandiya və Cəbəllütariq mübarizə aparacaq.
Qeyd edək ki hər qrupda ilk iki yeri tutanlar yarımfinala yüksələcək. Digər 3 komanda isə dairəvi sistemlə mübarizə aparacaq.