“Komandamız qrupda sonuncu pillədə qərarlaşıb. Artıq finala çıxmayacağımız da bəllidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Çervyakov deyib.
Avropa Liqasında Bolqarıstanla Bakıda keçiriləcək son oyunlar haqda fikirlərini açıqlayan mütəxəssis bildirib ki, əsas məqsəd gənc voleybolçuların təcrübə toplaması və oyundan-oyuna daha yaxşı təsir bağışlamasıdı: “Əlimizdən gələni edəcəyik ki, oyunu izləyən azarkeşlərimiz zövq alsın. Voleybolçularımız hələ çox gəncdirlər. İstəyirəm ki, onlar çox səhv etsə də, oyun səviyyələrini artırsınlar. Səhv edə-edə təcrübə toplayırlar”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunları iyulun 11-12-də keçiriləcək.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO