Yığmamızın Bolqarıstanla oynayacağı məkan bəlli oldu
31.03.2014 - 11:25
Yığmamızın Bolqarıstanla oynayacağı məkan bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in II təsnifat mərhələsində oyunlarını keçirəcəyi məkanlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın ev sahibliyi edəcəyi ilk dövrə paytaxt Sofiyada Xristo Botev adına İdman Sarayında baş tutacaq.

 

Bakıda təşkil olunacaq II dövrə isə Voleybol Mərkəzində oynanılacaq.

 

Qeyd edək ki, D qrupunda Azərbaycan və Bolqarıstan millisi ilə yanaşı, Portuqaliya və Yunanıstan yığmaları mübarizə aparacaq. Sofiyada matçlar mayın 22-24-də, paytaxtımızda isə 29-31-də olacaq.