Millimizin hücumçusu üçün uğursuz start
28.01.2014 - 09:07
Millimizin hücumçusu üçün uğursuz start

Qadın voleybolçular arasında Rusiya kubokunun “Altılar finalı”na start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Moskva “Dinamo”su ilə üz-üzə gəlib.

 

Görüş paytaxt təmsilçisinin 3:2 (23:25, 25:22, 25:23, 21:25, 15:8) hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, “Omiçka” növbəti görüşünü sabah Krasnodar “Dinamo”suna qarşı keçirəcək.