Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turuna start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu İsveçrə “Volero”su Türkiyənin “Əczaçıbaşı” klubunun qonağı olub.
Görüş Sürix təmsilçisi uğurlu alınıb. Evdə 1:3 hesabı ilə uduzan “Volero” səfərdə rəqibini darmadağın etməkdə çətinlik çəkməyib – 3:0 (25:23; 25:22; 25:16).
Məmmədova qarşılaşmada 11 xal toplamaqla, komandasının ikinci ən məhsuldar oyunçusu olub.
Qeyd edək ki, bu qarşılaşmadan sonra aktivindəki xalların sayını 8-ə çatdıraraq, ikinci pillədəki yerini qoruyan “Volero” “Əczaçıbaşı”ndan 1 xal geri qalır.