Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova “Volero”nun heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçumuz Çempionlar Liqasının V turu çərçivəsində sabiq komandası “Omiçka”ya qarşı oynayıb.
Görüş İsveçrə təmsilçisinin asan qələbəsi ilə başa çatıb. Məmmədovanın komandası rusiyalılara heç bir şans verməyib – 3:0 (25:15; 25:17; 25:17).
Bu qələbə “Volero”nun pley-off mərhələsinə yüksəlməsini də təmin edib. Hazırda 11 xalla ikinci pillədə olan Sürix təmsilçisi “Omiçka”nı 4 xal qabaqlayır.
Qeyd edək ki, hər 3 setdə meydanda olan Məmmədova sabiq komandasından 12 xal alıb.