Yığmamızın Makedoniya ilə oyununun vaxtı açıqlandı
22.03.2014 - 10:28
Yığmamızın Makedoniya ilə oyununun vaxtı açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in I təsnifat mərhələsində oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, III qrupda yer alan komandamız ilk görüşünü Makedoniya millisinə qarşı keçirəcək.

 

Ardınca İsveçlə üz-üzə gələcək Sillie Tabares Leonardonun yetirmələri son matçı Gürcüstan voleybolçularına qarşı keçirəcək.

 

9 may

13:30. Gürcüstan – İsveç

16:00. Makedoniya – Azərbaycan

 

10 may

13:30. İsveç – Azərbaycan

16:00. Gürcüstan – Makedoniya

 

11 may

13:30. Azərbaycan – Gürcüstan

16:00. İsveç - Makedoniya

 

Qeyd edək ki, qrup mərhələsinə Makedoniya ev sahibliyi edəcək. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.