Yığmamızın oyunçusu üçün uğursuzluq davam edir
04.12.2014 - 09:36
Qadın voleybolçular arasında İtaliya A seriyasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Yamamay”la üz-üzə gəlib.
Busto Arsizoda baş tutan qarşılaşmada da təmsilçimizin komandası uğursuzluq zolağından çıxa bilməyib. “Yamamay” 3:1 (23:19, 16:25, 25:17, 25:14) hesabı ilə qələbə qazanıb. Nazarenko matçda 4 dəqiq zərbə ilə fərqlənib.
Qeyd edək ki, “Forli” bu məğlubiyyətdən sonra 11-ci yerə enib. Onların aktivində hələ ki 3 xalı var.
0
0