Yüksək Liqada sensasiya baş vermədi
18.02.2025 - 18:37

Kişi voleybolçular arasında Yüksək Liqanın XI turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün artıq iki matça yekun vurulub.
“Gənclər” “Xilasedici”ni qəbul edib. Qonaqlar inamlı qələbəyə seviniblər.
“Murov Az Terminal” MOİK-i sınağa çəkib. Meydan sahibləri 3:0 hesablı qalibiyyət əldə ediblər.
Yüksək Liqa (kişilər)
XI tur
18 fevral
16:00. “Gənclər” - “Xilasedici” - 0:3 (10:25, 21:25, 20:25)
Sumqayıt OİK
16:00. “Murov Az Terminal” - MOİK - 3:0 (25:15, 25:16, 25:7)
GİN-in Voleybol Mərkəzi
0
0