Zəfər Kubokunun püşkatma mərasimi keçirilib
12.07.2024 - 13:13
Zəfər Kubokunun püşkatma mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, püşkatmanın sonunda turnirin qruplarının tərkibi müəyyənləşib.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev də iştirak edib. O, bütün komandalara uğurlar arzulayıb.

Turnirdə "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Füzuli", "Laçın" və "Ağdərə" komandalarının iştirak edəcək. Açılış matçında "Kəlbəcər" və "Füzuli" komandaları qarşılaşacaq.

Qeyd edək ki, sayca 4-cü olan Zəfər Kuboku iyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində keçiriləcək.

A qrupu

"Kəlbəcər"
"Zəngilan"
"Füzuli"

B qrupu

"Şuşa"
"Ağdərə"
"Laçın"

0