![AFFA "Neftçi" və "Sabah"ı 70 manat cərimələdi](https://apasport.az/storage/news/2025/january/23/big/6792462250fb76792462250fb817376394586792462250fb56792462250fb6.jpg)
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);
21.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).