“Tottenhem” kapitanı ilə yollarını ayıra bilər
12.02.2025 - 23:50
“Tottenhem” kapitanı ilə yollarını ayıra bilər

"Tottenhem"in kapitanı Heunq-Min Son komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, London klubu cənubi koreyalı vingerlə yollarını ayırmağı planlaşdırır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

Xatırladaq ki, "Tottenhem" Heunq-Min Sonu 2015-ci ildə "Bayer"dən transfer edib.

Qeyd edək ki, Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində iştirak etdiyi 33 rəsmi matçda 10 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.