Nikola Zalevski “İnter”də - RƏSMİ
02.02.2025 - 11:49
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı vinger yayda qədər "göy-qaralar"ın formasını geyinəcək.
"İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Zalevski "Roma"nın yetirməsidir.
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- Türkiyə klubları pley-offda
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
- Federasiya prezidenti basketbol yığması ilə görüşüb
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
0
0