![AFFA "Şamaxı", "Araz-Naxçıvan" və "Səbail"i cərimələdi](https://apasport.az/storage/news/2025/february/13/big/67adbedb9ffb867adbedb9ffb9173943983567adbedb9ffad67adbedb9ffb7.jpg)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:
10 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXII turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununun matçöncəsi iclasında “Şamaxı-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
10 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXII turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
11 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXII turun “Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyununda topdaşıyanlar olmadığına görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
12 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXII turun “Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilsin (maddə 37).