![Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu](https://apasport.az/storage/news/2022/august/12/big/62f649358222962f649358222a166030776562f649358222462f6493582227.jpg)
Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, PFL-də yeni vitse-prezident postu yaradılıb.
Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.
Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. A.Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.