Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin finala adlamasına rəqibinin döyüşdən imtina etməsi səbəb olub.
Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.
Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.
- Vadim Kuramşın: “Rotasiya ilə bağlı problemlər var”
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- Mahir Şükürov: “Lap maaş verilməyib, oyuna çıxmamaq futbolçulara yaraşmadı” - Eksklüziv
- Frankovski "Qalatasaray"da - RƏSMİ
- "Kəpəz" azarkeşlərinin Adil Şükürova münasibəti necədir? - Özü açıqladı - VİDEO