Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
30.01.2026 - 12:25
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

UEFA Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Apasport.az xəbər verir ki, "Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.

Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.