Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
29.11.2024 - 09:18
![Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib](https://apasport.az/storage/news/2024/november/29/big/67494ed983c9367494ed983c94173285756167494ed983c8a67494ed983c92.jpg)
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Apasport.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.
Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.
0
0