Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək
05.06.2025 - 23:54

Azərbaycanlı hakim Əliyar Ağayev Rusiya milli komandasının oyununu idarə edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ağayev Rusiya yığması ilə Nigeriya arasında keçiriləcək yoldaşlıq oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qeyd edək ki, Rusiya - Nigeriya qarşılaşması 6 iyun tarixində Bakı vaxtı ilə saat 21:00-da "Lujniki" stadionunda baş tutacaq.
- Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlandı
- Fransa Futbol Federasiyasından müsəlmanları qıcıqlandıran qərar
- Avropa çempionatı: Qadın güləşçilərin mübarizəsinə yekun vurulur
- Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
- "Qarabağ"da yeni müqavilə
0
0