Çempionlar Liqası: “Araz Naxçıvan” növbəti mərhələyə yüksəlib
01.11.2025 - 20:49
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşıb. Bu görüş qrup liderini müəyyənləşdirib.
"Araz Naxçıvan" 3:2 hesabı ilə qələbə qazanaraq həm 1-ci yeri tutub, həm də 1/8 finala vəsiqə qazanıb. Oyunda qolları "Araz Naxçıvan"dan Valerio Giovanny (24, 39) və Jean Perruzo (29) vurub.
1/8 və 1/4 finalın püşkü noyabrın 6-da atılacaq.
- Millimizin DÇ-2026-nın seçmə mərhələsinin püşkatmada yer alacağı səbət dəqiqləşib
- Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ
- XXXI turun təyinatları bəlli oldu
- Braziliyalı futbolçu Avropa nəhənglərin radarında
- Türkiyədə kritik derbi - "Qalatasaray" "Beşiktaş" səfərində
0
0