Coy-Lens Mikels yenidən "Sabah"da
25.06.2024 - 12:33
![Coy-Lens Mikels yenidən "Sabah"da](https://apasport.az/storage/news/2024/june/25/big/667a7f4b27444667a7f4b274451719304011667a7f4b27442667a7f4b27443.jpg)
Daha əvvəl xəbər verdiyimiz kimi, "Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.
Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.
Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.
0
0