![Dünya çempionatı 3-cü dəfə Azərbaycana verildi](https://apasport.az/storage/news/2023/may/15/big/64621f71ae4fc64621f71ae4fd168415217764621f71ae4fa64621f71ae4fb.jpg)
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.
Mundial 2027-ci il sentyabrın 15-19-da təşkil olunacaq. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə də analoji yarışa ev sahibliyi edib.
Qeyd edək ki, mundialı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.